Abşeron rayonunda Şəfəq qəsəbəsi yaradılıb

Abşeron rayonunda Şəfəq qəsəbəsi yaradılıb

Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək.

Şəfəq qəsəbəsinin ərazisi 258 hektar olacaq. Hazırda faktiki əhalisi isə 8850 nəfərdir.