Finlandiyada prezident seçkiləri üçün seçki məntəqələri açılıb

Finlandiyada prezident seçkiləri üçün seçki məntəqələri açılıb

Finlandiyada prezident seçkiləri başlayıb.

Birxeber.Az xəbər verir ki, Respublika Ədliyyə Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 09:00-da ölkə üzrə 900-dən çox seçki məntəqəsi açılıb.

Sakinlər saat 20:00-a qədər səsvermədə iştirak edə biləcəklər. Seçki məntəqələri bağlandıqdan dərhal sonra Finlandiya Ədliyyə Nazirliyi seçkilərin ilk nəticələrini dərc edəcək.

18 yaşdan yuxarı vətəndaşlar səs verə biləcəklər.