KİV: Qərb ölkələri nəinki Ukraynanı, heç öz ordularını da silahlandırmaq istəmirlər

KİV: Qərb ölkələri nəinki Ukraynanı, heç öz ordularını da silahlandırmaq istəmirlər

Qərb ölkələri nəinki Ukraynanı, heç öz ordularını da silahlandırmaq istəmirlər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “The Daily Telegraf” nəşri yazıb.

Qeyd olunub ki, Qərbin kifayət qədər istehsal həcmi yoxdur: “Rusiyanınn hücumlarının qarşısının alınması üçün Ukraynaya gündə cəmi 10 min mərmi lazımdır. Mərmi məsələsində problem pul deyil, istehsal potensialının olmamasıdır”.

Məqalədə qeyd edilib ki, hətta ABŞ-nin güclü hərbi-sənaye kompleksi belə ayda cəmi 28 min ədəd 155 mm-lik mərmi istehsal etmək iqtidarındadır: “Bu, Ukraynaya lazım olan ümumi mərmi sayının 10 faizindən də azdır”.

İddiaya görə, indi Qərb əlavə döyüş sursatı istehsalını genişləndirməyə çalışır, lakin temp aşağıdır: “Səbəb isə odur ki, Qərb sırf Ukraynanı dəstəkləmək üçün istehsalı artırmağı mənasız hesab edir”.