"Azərkosmos" Keniyanın “CommCarrier” şirkəti ilə əməkdaşlığa başlayıb

"Azərkosmos" Keniyanın “CommCarrier” şirkəti ilə əməkdaşlığa başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Cənubi Keniyanın peyk xidməti təqdim edən “CommCarrier” şirkəti ilə uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalayıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, müqaviləyə əsasən bu gündən “Azerspace-2” peyki vasitəsilə Keniyanın dövlət xidmət orqanlarında peyk internetinin istifadəsinə başlanılıb.

“CommCarrier” Mərkəzi və Şərqi Afrika regionunda tərəfdaşlarına “Azerspace-2” peykinin KU diapazonu ilə xidmət göstərəcək.

“Peyk xidmətlərimizdən Afrika regionunda hökumət və özəl qurumların istifadəsi bizi sevindirir. “CommCarrier” region üçün etibarlı tərəfdaşdır və biz artıq perspektivli biznes layihələri üzərində işlərimizi sürətləndiririk”, – deyə "Azərkosmos"un sədr müavini Fuad Aslanov bildirib.

“Azərkosmosla əməkdaşlığımız sayəsində “Azerspace-2” peykinin xüsusilə Mərkəzi və Şərqi Afrika üzrə imkanları bizə tərəfdaşlarımızın artan tələbatını uğurla təmin etmək fürsəti qazandıracaq”, – deyə “CommCarrier”in direktoru Qiri Babu qeyd edib.

“CommCarrier” 1995-ci ildə telekommunikasiya operatoru olaraq fəaliyyətə başlayıb. Baş ofisi Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən “CommCarrier” burada VSAT texnologiyasını – yerüstü rabitə şəbəkəsi olmayan ərazilərdə peyk rabitəsini ilk istifadəyə verən şirkət hesab olunur. Afrika regionunun aparıcı telekommunikasiya şirkəti olaraq dövlət layihələrini uğurla həyata keçirir.

İKT İKT
Bakı-Sumqayıt qatarında “Mastercard”, “Apple Pay” və "Google Pay”lə ödəniş dayandırılıb

Bakı-Sumqayıt qatarında “Mastercard”, “Apple Pay” və "Google Pay”lə ödəniş dayandırılıb

İKT İKT
Rəşad Nəbiyevin vətəndaş qəbulu yenidən təxirə salınıb

Rəşad Nəbiyevin vətəndaş qəbulu yenidən təxirə salınıb

İKT İKT
Heydər Əliyevin 100 illiyi ilə əlaqədar hazırlanmış poçt markası möhürlənib

Heydər Əliyevin 100 illiyi ilə əlaqədar hazırlanmış poçt markası möhürlənib

İKT İKT
Azər Əhədov: "120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

Azər Əhədov: "120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

İKT İKT
"TEKNOFEST Azərbaycan" festivalı davam edir

"TEKNOFEST Azərbaycan" festivalı davam edir

İKT İKT
Heydər Əliyevlə bağlı bu il 7 xarici ölkədə poçt markası buraxılacaq

Heydər Əliyevlə bağlı bu il 7 xarici ölkədə poçt markası buraxılacaq

İKT İKT
Nazir: “Azərbaycan və Misir aerokosmik sahədə əməkdaşlıq potensialını araşdırır”

Nazir: “Azərbaycan və Misir aerokosmik sahədə əməkdaşlıq potensialını araşdırır”

İKT İKT
“Azərpoçt” “VISA” beynəlxalq ödəniş sisteminə tamhüquqlu üzv olub

“Azərpoçt” “VISA” beynəlxalq ödəniş sisteminə tamhüquqlu üzv olub

İKT İKT
“SpaceX” kompaniyası daha 22 internet peykini orbitə çıxarıb

“SpaceX” kompaniyası daha 22 internet peykini orbitə çıxarıb

İKT İKT
Rəşad Nəbiyev Şirvanda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Şirvanda vətəndaşları qəbul edəcək

İKT İKT
Beynəlxalq təhlükəsizlik modelinin Azərbaycan dilində versiyası istifadəyə verilib

Beynəlxalq təhlükəsizlik modelinin Azərbaycan dilində versiyası istifadəyə verilib

İKT İKT
Dövlət Xidməti I yarımildə 373 dövlət informasiya sistemində boşluq tapıb

Dövlət Xidməti I yarımildə 373 dövlət informasiya sistemində boşluq tapıb