Türkiyədə zəncirvari yol qəzasında 9 nəfər xəsarət alıb

Türkiyədə zəncirvari yol qəzasında 9 nəfər xəsarət alıb

Türkiyədə zəncirvari yol qəzasında bir neçə nəfər xəsarət alıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Qars-Ani magistral yolunda 3 avtomobil toqquşub. Qəza zamanı 9 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, xilasedicilər və jandarm cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qəzaya yolun buzlu olması səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.