Naxçıvanda “Əkinçi" bağı salınıb

Naxçıvanda “Əkinçi" bağı salınıb

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi və “Yaşıl Dünya naminə həmrəylik ili” münasibətilə Naxçıvanda ağacəkmə aksiyaları davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bugünkü aksiyada muxtar respublikada fəaliyyət göstərən media nümayəndələri “Əkinçi” bağı salıblar.

Vayxır kəndi ərazisində, Naxçıvan-Batabat magistralının kənarında keçirilən aksiyaya muxtar respublikada fəaliyyət göstərən media nümayəndələri, dövlət orqanlarının mətbuat xidmətinin əməkdaşları və ekologiya könüllüləri iştirak ediblər.

1,1 hektar ərazidə keçirilən ağacəkmə aksiyası zamanı torpaq-iqlim şəraitinə uyğun min ədəd tut ağacı əkilib.

Aksiyada fəal iştirak edən jurnalistlər və ekologiya könüllüləri ətraf mühitin qorunması ilə bağlı şüarlar nümayiş etdirib, xatirə fotoları çəkdiriblər.