Bakıda 5 ulduzlu hotellərdə orta qiymət 25 % artıb

Bakıda 5 ulduzlu hotellərdə orta qiymət 25 % artıb

Bu ilin yanvar-mart aylarında Bakıda 3, 45 ulduzlu hotellər üzrə onlayn bronlaşdırma sistemi olan booking.com-da qeyd olunan orta qiymətlər açıqlanıb.

“Birxeber.Az” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 75 manat, 4 ulduzlu hotellərdə orta qiymət 108,6 manat, 5 ulduzlu hotellərdə isə 236, 9 manat təşkil edib.

Qiymətlər, ötən ilin eyni dövrü ilə müqayisədə 3 ulduzlu hotellər üzrə 33 %, 4 ulduzlu hotellər üzrə 30 % azalıb, 5 ulduzlu hotellər üzrə isə 25 % artıb.