Konor Makqreqor tezliklə oktaqona qayıdacaq

Konor Makqreqor tezliklə oktaqona qayıdacaq

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor tezliklə oktaqona qayıdacaq.

"Report" xəbər verir ki, 35 yaşlı irlandiyalı idmançı bu barədə "X" hesabında bildirib.

O, döyüşlərindən birində oktaqona çıxdığı anı paylaşıb və "tezliklə" yazıb.

Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildə ABŞ-dən olan Dastin Porye ilə görüşdə ciddi zədə almışdı.