Məşhur sabiq futbolçu baş məşqçi postundan ayrılacaq

Məşhur sabiq futbolçu baş məşqçi postundan ayrılacaq

Məşhur sabiq futbolçu Fernando Torres mövsümün sonunda baş məşqçi postundan ayrılacaq.

“Report” xəbər verir ki, gənc mütəxəssis İspaniyanın “Atletiko” klubunun U-19 komandasını tərk edəcək.

40 yaşlı sabiq hücumçunun əsas komandada baş məşqçi Dieqo Simeonenin köməkçilərindən biri təyin olunacağı gözlənlir.

Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Fernando Torres 2001-2007 və 2015-2018-ci illərdə Madrid klubunun formasını geyinib.