Gürcüstandan Azərbaycana hava nəqliyyatı ilə sərnişin daşınma 52 %-dən çox artıb

Gürcüstandan Azərbaycana hava nəqliyyatı ilə sərnişin daşınma 52 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana hava nəqliyyatı ilə ən çox Rusiyadan sərnişin daşınıb.

“Birxeber.Az” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, I rübdə Rusiyadan Azərbaycana 191 min 670 sərnişin daşınıb.

Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 % artım deməkdir.

Hesabat dövründə Azərbaycana Türkiyədən 157 min 687 (il ərzində 17,8 % artıb), Birləşmiş Ərəb Əmirliklərindən 95 min 197 (39 % artıb), Gürcüstandan isə 50 min 454 (52,5 % artıb) sərnişin daşınıb.