"Azərişığ"ın əməkdaşı Laçında minaya düşüb

"Azərişığ"ın əməkdaşı Laçında minaya düşüb

"Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.

birxeber.az bildirir ki, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.
Yaralının sağ ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.