Çayçılıq sənayesinə təsir edəcək addım - FOTO

Çayçılıq sənayesinə təsir edəcək addım - FOTO

Ölkə iqtisadiyyatının gəlirli və əməktutumlu sahələrindən biri də çayçılıqdır. Çayçılıq sənayesi Azərbaycanda son dönəmlər çox ciddi inkişaf edib. "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı"nın icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin genişləndirilməsi nəzərdə tutulur.

Birxeber.Az-Economics” xəbər verir ki, “Azerçay” da bu proqramı əsas götürərək çay istehsalı sahəsində olan işləri daha da intensivləşdirib. Doğma çay markası Azərbaycanda ilk dəfə 2021-ci ildə berqamot yetişdirilməsinə başlayıb. Azərbaycanda ilk dəfə əkilən berqamot bitkisi artıq 2022-ci ildə öz meyvələrini verib və məhsuldarlıq kifayət qədər yüksək olub. Cari ildə də berqamot plantasiyalarının genişləndirilməsi istiqamətində işlər görülür. Berqamot yetişdirilməsi üçün tamamilə təbii yollarla subtropik meyvələr yetişən münbit torpaq və hava şəraiti uyğun olan ərazilər seçilib.

“Azerçay”ın belə bir ilkə imza atması ölkəmizdə çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, eyni zamanda berqamota olan daxili tələbatın ödənilməsinə müsbət təsir edir. Bu həmçinin berqamotun idxaldan asılılığını azaldacaq.

Dünyanın 40-dan çox ölkəsinə ixrac olunan “Azerçay” bu addımları ilə həmçinin kənd əhalisinin məşğulluq səviyyəsini yüksəldir, çayçılığın inkişafını stimullaşdırır.