Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Səhiyyə Nazirliyinin tabeliyindəki Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 44 manatdır.

İddiaçılar təkliflərini aprelin 24-nə qədər qurumun Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 44 ünvanındakı binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 24-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.