Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya auditor seçir

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya auditor seçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

“Birxeber.Az” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini mayın 1-nə qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani prospekti, 25 A ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə mayın 1-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.