Azərbaycanda 3 ayda vergi daxilolmaları 4 milyard manatı keçib

Azərbaycanda 3 ayda vergi daxilolmaları 4 milyard manatı keçib

Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 281,5 milyon manat vergi daxil olub.

"Report" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 % azdır.

Rüblük daxilolmaların 2 milyard 914,2 milyon manatı qeyri-neft-qaz sektorundan toplanılıb ki, bu da 1 il əvvələ nisbətən 11,3 % çoxdur.