Son 7 ayda Ukraynanın dəniz dəhlizi ilə 36 milyon ton yük ixrac edilib

Son 7 ayda Ukraynanın dəniz dəhlizi ilə 36 milyon ton yük ixrac edilib

2023-cü ilin avqust ayından etibarən, Ukraynanın dəniz dəhlizi ilə 36 milyon tondan çox yük ixrac olunub.

“Report” xəbər verir ki, Ukrayna mediası bu barədə məlumatı ölkənin İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyinə istinadən yayımlayıb.

Ukrayna icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakovun sözlərinə görə, “Yujnı” limanından Panama bayrağı altında üzən, uzunluğu 300 metr, eni 50 metr, tutumu 203 min ton olan CAPTAIN LEONIDAS gəmisi ilə rekord həcmdə - 195,7 min ton yük ixrac edilib.

Nazir əlavə edib ki, 2023-cü ilin avqustundan etibarən, Ukraynanın dəniz dəhlizi ilə ümumilikdə 36 milyon tondan çox yük daşınıb. Bu, “Taxıl təşəbbüsü”nün qüvvədə olduğu 1 il ərzində daşınan yüklərin həcmindən çoxdur.