İdarə rəisi: Azərbaycan tütün tələbatını daxili istehsalla təmin edib

İdarə rəisi: Azərbaycan tütün tələbatını daxili istehsalla təmin edib

Keçən il Azərbaycanda siqaret istehlakının 98%-i 7 yerli istehsal müəssisəsi vasitəsilə təmin edilib.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov deyib.

Azər Süleymanov bildirib ki, ötən il 15,3 milyard ədəd siqaret istehsal olunub: “Azərbaycanda ümumi istehlakın 98 %-ı yerli istehsalla, 2%-i xaricdən idxalla təmin olunub. 2% tələbatı da ödəmək üçün avadanlıq sifariş verilib”.

İdarə rəisi qeyd edib ki, hazırda Azərbaycanda yüksək keyfiyyətli tütünlər əkilir: “İxrac potensialının böyüdülməsi üçün bu qanunda tələblər qoyulub. Öz daxili istehsalımızı artıq təmin etmişik”.