Azərbaycandan ən çox uçuşlar Rusiya istiqamətində olub

Azərbaycandan ən çox uçuşlar Rusiya istiqamətində olub

Ötən ay Azərbaycandan ən çox uçuş Rusiya istiqamətində həyata keçirilib.

Birxeber.Az-Economics”in xəbərinə görə, ötən ay ölkədən Rusiyaya 524 uçuş həyata keçirilib. Qeyd olunan dövrdə Azərbaycandan Türkiyəyə 410, Böyük Ərəb Əmirliklərinə 240, Gürcüstan istiqamətində isə 147 uçuş həyata keçirilib.

Azərbaycandan ən az uçuş Misir, İsveçrə və İsrail istiqamətində olub. Belə ki, qeyd olunan dövrdə Azərbaycandan Misirə 6, İsveçrəyə 1, İsrailə isə 5 uçuş həyata keçirilib. Ötən ay Azərbaycandan Yunanıstana heç bir uçuş həyata keçirilməyib.