Ermənistanın keçmiş müdafiə naziri yeni partiya təsis edib

Ermənistanın keçmiş müdafiə naziri yeni partiya təsis edib

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan “Ümumerməni Cəbhəsi” adlı yeni partiya yaradıb.

Birxeber.Az-nın məlumatına görə, ötən gün keçirilən qurultayda o, bu siyasi təşkilatın sədri seçilib.

Karapetyan bildirib ki, hazırkı hökumət ölkəni idarə etmək iqtidarında deyil. Partiya sədri baş nazir Nikol Paşinyanı istefaya çağırıb:

“Biz daha güclü Ermənistan yaradacağıq. Bütün dəyişikliklərə partiyamız yox, xalq qərar verəcək”, o deyib.

Qeyd edək ki, bu vaxtadək sözü gedən təşkilat hərəkat kimi fəaliyyət göstərib.

Fərid Azəri