Respondentlərin 61,6%-i Azərbaycanı Türk dünyası ölkələrinə aid edib

Respondentlərin 61,6%-i Azərbaycanı Türk dünyası ölkələrinə aid edib

Sosial Tədqiqatlar Mərkəzi yeni dövrdə regionda formalaşan reallıqlar və şərtlər çərçivəsində cəmiyyətin bu istiqamətdə mövqeyini öyrənmək məqsədilə rəy sorğuları keçirib.

Mərkəzdən "Birxeber.Az"a verilən məlumata görə, sorğu çərçivəsində vətəndaşlara "Azərbaycanı ilk növbədə aşağıdakılardan hansına aid edirsiniz?" sualı ünvanlanıb və cavab variantları təqdim olunub.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 61,6%-i Azərbaycanı Türk dünyası ölkələrinə aid edib.

Bildirilib ki, 22.1% respondent Azərbaycanı İslam ölkələrinə, 9,9% keçmiş sovet ölkələrinə, 1,6% Qərb ölkələrinə, 1,3% isə Şərq ölkələrinə aid edib:

"Sorğuda iştirak edənlərin 1,3%-i digər cavab variantlarını qeyd edib, 2,3%-i fikir bildirməkdə çətinlik çəkib. Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Sorğularda anonimlik təmin olunub".