Azərbaycan ötən il siqaretə olan tələbatını 98 % ödəyib

Azərbaycan ötən il siqaretə olan tələbatını 98 % ödəyib

2023-cü ildə Azərbaycanda 15,3 milyard ədəd siqaret istehsal edilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Suleymanov bildirib.

"Ötənilki istehsal həcmi ölkə üzrə ümümi istehlakı demək olar ki, tam təmin edib. İstehlak edilmiş siqaretlərin 98 %-ni Azərbaycanda fəaliyyət göstərən 7 müəssisə istehsal edilib. Cəmi 2 % siqaret ölkəyə idxal edilib", - deyə o qeyd edib.

Vergi rəsmisi həmçinin qeyd edilib ki, bu il Azərbaycandan təkcə Gürcüstana 3 milyard ədəd siqaret ixac ediləcəyi planlaşdırılır.