"Formula 1": Ferstappen Yaponiya Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1": Ferstappen Yaponiya Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Yaponiya Qran-prisində sıralama turu başa çatıb.

"Report" xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen birinci olub.

Onun komanda yoldaşı Serxio Peres ikinci, “McLaren”dən Lando Norris üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Qran-prinin əsas yarışı sabah, Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.