Samirə Musayeva: "Araq istehsalında mənşəyi bəlli olmayan spirtdən istifadə halları var"

Samirə Musayeva: "Araq istehsalında mənşəyi bəlli olmayan spirtdən istifadə halları var"

Azərbaycanda araq məhsullarının keyfiyyətində problemlər var.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Bu da əsasən xammal kimi istifadə olunan spirtin keyfiyyəti ilə bağlıdır. Bu gün mənşəyi bəlli olmayan spirtdən istifadə edilməsi halları var. Buna görə xammal spirtin rəsmi qaydada sənədləşdirilməsi lazımdır", - deyə o qeyd edib.