Fabiano Karuana: Nicat Abasovla görüş olduqca çətin idi

Fabiano Karuana: Nicat Abasovla görüş olduqca çətin idi

Bütün qarşılaşmalar çətin olacaq. Amma bu, olduqca çətin idi.

"Report" xəbər verir ki, bunu ABŞ şahmatçısı Fabiano Karuana Nicat Abasova qalib gəldiyi İddiaçılar Turnirinin II turunun görüşü ilə başlı danışarkən deyib.

O, Kanadanın Toronto şəhərində keçirilən dueldə bir az şanslı olduğunu bildirib: "Çünki o, bir anda yıxıldı. Gözlənilmədən b3 gedişi etdi".

Karuana qarşılaşmada çoxlu hesablamaların da olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.