“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə “Startap Forumu 2024” keçirilir

“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə “Startap Forumu 2024” keçirilir

“Miniboss Business School Baku”nun təşkilatçılığı, "Kapital Bank"ın dəstəyi ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında sahibkarlıq üzrə “Startap Forumu-2024” keçirilir.

"Report" xəbər verir ki, tədbir çərçivəsində 17 komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş edəcəklər. Daha sonra startaplar münsiflər heyəti tərəfindən dəyərləndirilərək, komandalara layihələrinin həyata keçirilməsi üçün müvafiq qrant ayrılacaq.

Qeyd edək ki, bu il “Miniboss Business School” məktəbinin tələbələri münsiflər heyətinə biznesyönümlü tekstil, əyləncə, qida, parfumeriya, İT və ekologiya sahələri əhatə edən startaplar təqdim olunub. Çıxış zamanı gənc sahibkarlar layihələrinin biznes planlarını təqdim etməklə ideyanın üstün cəhətləri, hədəf auditoriyası, bazar araşdırması, maliyyə hesabatı və ən əsas ideyanın reallaşması üçün ilkin kapitalı səsləndirəcəklər.

“Miniboss Business School” qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcüd olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan “Miniboss Business School" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında “Startap Forum"u, Milli və Dünya çempionatları təşkil edir. Qeyd edək ki, bu il dünya çempionatı isə 29 iyun-2 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Xatırladaq ki, 2023-cü ilin iyul ayında Şotlandiyanın Qlazqo şəhərində keçirilən dünya çempionatında Azərbaycandan təmsil olunan "Econotes" adlı layihəsi birinci yerə layiq görülüb. Həmçinin orada təqdim olunan 9 layihədən 6-sı BMT-nın dayanıqlı inkişaf məqsədləri üzrə mukafatlarını alıb və "Miniboss Biznes" məktəbinin Bakı nümayəndəliyi 73 filialdan birincisi seçilib.