Teplovozun elektrik naqilləri yanıb

Teplovozun elektrik naqilləri yanıb

Bakı şəhərinin Binəqədi rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozun mühərrik hissəsində elektrik naqilləri 1 p.m yanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.