KİV: Bayden Misir və Qətərə HƏMAS-ı girovları azad buraxmasını razı salmağı təklif edib

KİV: Bayden Misir və Qətərə HƏMAS-ı girovları azad buraxmasını razı salmağı təklif edib

ABŞ Prezidenti Cozef Bayden Misir və Qətər səlahiyyətlilərinə məktub göndərərək, gələn həftə danışıqların yeni raundu başlamazdan əvvəl HƏMAS-ın girovların azad olunmasına dair razılaşmaya əməl edəcəkləri vədlərini təminatını xahiş edib.

"Report"un məlumatına görə, bu barədə NBC televiziyası Cozef Bayden administrasiyasındakı mənbələrə istinadən xəbər yayıb.

Bayden Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə məktub yazıb.

Mənbələrə görə, HƏMAS Qəzzada saxladığı girovları azad etsə, İsrail anklavda atəşi dayandırmağa razı olacaq.