Bakıda köşk yanıb, ölən var

Bakıda köşk yanıb, ölən var

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 4 m² olan köşkün yanar konstruksiyaları yanıb.

"Birxeber.Az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.