ABŞ və İsrail orduları yüksək hazırlıq vəziyyətinə gətirilib

ABŞ və İsrail orduları yüksək hazırlıq vəziyyətinə gətirilib

Birləşmiş Ştatlar və İsrail İrandan mümkün hücum xəbərləri ilə əlaqədar hərbçilərini yüksək hazırlıq vəziyyətinə salıb.

"Birxeber.Az"un məlumatına görə, bu barədə "The New York Times" mənbələrə istinadən yazıb.

Jurnalistlərin məlumatına görə, ABŞ və İsrail qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Bundan əlavə, İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib. Bundan əlavə, onlar ehtiyatda olan bəzi əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb, GPS siqnallarını bloklayıblar.

İranın da iki rəsmisi nəşrə bildirib ki, İslam Respublikasında silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.