Belarusda hərbi xidmətə çağırış SMS vasitəsilə aparılacaq

Belarusda hərbi xidmətə çağırış SMS vasitəsilə aparılacaq

Belarusda hərbi xidmətə çağırış SMS vasitəsi ilə aparılacaq.

APA xəbər verir ki, bu barədə Prezident Aleksandr Lukaşenko Parlamentin qəbul etdiyi qanunu təsdiq edib.

“Hərbi vəzifə haqqında” Qanuna səfərbərlik zamanı hərbi komissarlığa gəlmək və ya hərbi xidmətə çağırış zərurəti barədə SMS mesajı ilə məlumat verilə biləcəyi ilə bağlı müddəa əlavə edilib.

Mobil operatorlar hərbi komissarların tələbi ilə hərbi xidmətə çağrılanların nömrələri barədə məlumat verməli və onların SMS-lər vasitəsilə xəbərdar edilməsini təmin etməlidirlər.

Hərbi xidmətdə olan şəxslər mobil nömrəsinin dəyişdirilməsi barədə bir həftə müddətində komissarlığa və ya digər orqana məlumat verməlidirlər.