İslandiyanın Baş naziri istefa verib

İslandiyanın Baş naziri istefa verib

İslandiyanın Baş naziri Katrin Yakobsdouttir istefa verib.

APA xəbər verir ki, bu barədə İslandiyanın RUV televiziya və radio şirkəti məlumat yayıb.

Bildirilib ki, 2007-ci ildən hökumətə başçılıq edən Yakobsdouttir prezidentliyə namizəd ola bilmək üçün bu addımı atıb.

Onu kimin əvəz edəcəyi hələ ki, müəyyən edilməyib.

İslandiyada prezident seçkiləri iyunun 1-nə təyin edilib.