Türkiyədə avtobus terminalında atışma: bir ölü, doqquz yaralı var

Türkiyədə avtobus terminalında atışma: bir ölü, doqquz yaralı var

Türkiyədə şəhərlərarası avtobus terminalında atışma olub.

Birxeber.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bir qrup şəxslə bilet satışı ilə məşğul olan işçilər arasında naməlum səbəbdən dava düşüb.

Baş verən mübahisə silahlı insidentə səbəb olub.

Polis davaya müdaxilə edib. Hadisə zamanı biri polis olmaqla 11 nəfər yaralanıb.

Xəstəxanaya aparılan yaralılardan biri (polis olmayıb) yolda dünyasını dəyişib.