Türkiyədə silahlı insident zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Türkiyədə silahlı insident zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Türkiyədə silahlı insident olub.

Bu barədə “Birxeber.Az” “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, Şanlıurfada şəhərlərarası avtovağzalda baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Qeyd edilir ki, şəhərlərarası avtovağzala gələn bir qrup şəxslə bilet satışı ilə məşğul olan şirkətin ofisində naməlum səbəbdən qarşıdurma olub.

Avtovağzaldakı polis əməkdaşı davaya müdaxilə etmək istəyib. Qarşıdurma zamanı polis əməkdaşı da olmaqla ümumilikdə 11 nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar ilkin tibbi yardımdan sonra şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb. Onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.