Çinlə Tailand Ayın və kosmosun tədqiqi barədə razılığa gəliblər

Çinlə Tailand Ayın və kosmosun tədqiqi barədə razılığa gəliblər

Çin və Tailand hakimiyyət orqanları kosmosdan dinc məqsədlərlə istifadə və Ayın beynəlxalq tədqiqat stansiyalarında əməkdaşlıq etmək üçün ilkin sazişlər imzalayıb.

APA xəbər verir ki, bu barədə Çin Milli Kosmik Agentliyi (CNSA) məlumat yayıb.

Memoranduma əsasən, ölkələr kosmosun öyrənilməsi və inkişafı, o cümlədən məlumat mübadiləsi həmçinin kadr hazırlığı üzrə birgə işçi qrup yaratmaq niyyətindədirlər.

Tərəflər Ayda stansiyaların layihələndirilməsi və idarə olunması üçün planların hazırlanmasında əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Eyni zamanda digər ölkələr, beynəlxalq təşkilatlar, elmi-tədqiqat institutları, universitetlər, sənaye və elm adamları Ayın tədqiqat stansiyası proqramına qoşulmağa və birgə kosmik kəşfiyyat fəaliyyətlərindən faydalanmağa dəvət olunur.