Bakıda arvadını bıçaqlayan ər intihar edib - YENİLƏNİB

Bakıda arvadını bıçaqlayan ər intihar edib - YENİLƏNİB

Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evlərdən birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə "Birxeber.Az"a FHN-dən məlumat verilib. 

Bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq birmərtəbəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək evə daxil olublar.

Evdə aşkar olunmuş 1987-ci il təvəllüdlü Cuvarov Atəş Vahid oğlunun meyiti və sağ vəziyyətdə olan 2017-ci il təvəllüdlü Cuvarov M.A. aidiyyəti üzrə təhvil verilib.

21:34

Yanvarın 22-si saat 20 radələrində paytaxtın Binəqədi rayon sakinləri Pərvanə İsmayılovanın xəsarət alması və Atəş Cuvarovun isə birgə yaşadıqları evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Birxeber.Az"a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, dərhal prokurorluq əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb.

İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Atəş Cuvarovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı Pərvanə İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

HADİSƏ HADİSƏ
Göygöldə evin zirzəmisi çöküb, dağıntılar altında qalan var

Göygöldə evin zirzəmisi çöküb, dağıntılar altında qalan var

HADİSƏ HADİSƏ
Ağcabədidə silahlar və narkotik tərkibli bitki aşkarlanıb

Ağcabədidə silahlar və narkotik tərkibli bitki aşkarlanıb

HADİSƏ HADİSƏ
Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Neftçalada avtomobil kollektora aşıb, ər-arvad xəsarət alıb

Neftçalada avtomobil kollektora aşıb, ər-arvad xəsarət alıb

HADİSƏ HADİSƏ
Zərərçəkmişlər özünü "12-ci imam Mehdi" kimi təqdim edən şəxsin məhkəməsinə məcburi gətiriləcək

Zərərçəkmişlər özünü "12-ci imam Mehdi" kimi təqdim edən şəxsin məhkəməsinə məcburi gətiriləcək

HADİSƏ HADİSƏ
DYP beynəlxalq və şəhərlərarası sərnişin daşıması ilə məşğul olan sürücülərə müraciət edib

DYP beynəlxalq və şəhərlərarası sərnişin daşıması ilə məşğul olan sürücülərə müraciət edib

HADİSƏ HADİSƏ
Salyan sakininin evində 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Salyan sakininin evində 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

HADİSƏ HADİSƏ
Ötən gün ölkə üzrə 38 kq-dan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Ötən gün ölkə üzrə 38 kq-dan çox narkotik vasitə dövriyyədən çıxarılıb

HADİSƏ HADİSƏ
Ağdaşda narkotik satmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb

Ağdaşda narkotik satmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb

HADİSƏ HADİSƏ
Prokuror gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxsə 20 il həbs cəzası istəyib

Prokuror gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxsə 20 il həbs cəzası istəyib

HADİSƏ HADİSƏ
Daşkəsəndə mühəndis texnikamız atəşə tutulub

Daşkəsəndə mühəndis texnikamız atəşə tutulub

HADİSƏ HADİSƏ
Cəlilabadda avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü saxlanılıb

Cəlilabadda avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü saxlanılıb