ABŞ-da zəlzələyə görə BMT Təhlükəsizlik Şurasının iclası yarımçıq qalıb - VİDEO

ABŞ-da zəlzələyə görə BMT Təhlükəsizlik Şurasının iclası yarımçıq qalıb - VİDEO

ABŞ-nin Nyu-Cersi ştatında 4,8 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Lebanon rayonundan 5,5 km şimal-qərbdə olub. Zəlzələ ocağı 1 km dərinlikdə yerləşib.

Zəlzələ Nyu-Yorkda, o cümlədən BMT-nin mənzil-qərargahında hiss edilib. Zəlzələyə görə BMT Təhlükəsizlik Şurasının iclası yarımçıq qalıb.