BMT-nin Baş katibi: İsrailin Qəzzanı bombalamaq üçün süni intellektdən istifadə etməsindən narahatam

BMT-nin Baş katibi: İsrailin Qəzzanı bombalamaq üçün süni intellektdən istifadə etməsindən narahatam

BMT-nin Baş katibi Antonio Quterreş İsrail ordusunun Qəzza zolağının bombalanmasında süni intellekt texnologiyasından istifadə etməsi ilə bağlı xəbərlərdən narahatdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasından əvvəl jurnalistlərə bildirib.

“İsrail ordusunun əhalinin sıx məskunlaşdığı ərazilər daxil olmaqla bombardman kampaniyalarında süni intellektdən hədəf aləti kimi istifadə etməsi və bunun nəticəsində çoxlu sayda mülki insan itkisi ilə nəticələnən xəbərlər məni dərindən narahat edir”, - o vurğulayıb.

A.Quterreş əlavə edib ki, süni intellekt sənaye miqyasında müharibə aparmaq üçün deyil, insanlığın xeyrinə istifadə edilməlidir.