Rəsmi Vaşinqton: “Xarici agentlər” qanunu Gürcüstanın Qərbə inteqrasiyasına xələl gətirir - YENİLƏNİB

Rəsmi Vaşinqton: “Xarici agentlər” qanunu Gürcüstanın Qərbə inteqrasiyasına xələl gətirir - YENİLƏNİB

ABŞ Gürcüstanda “Xarici təsirlərin şəffaflığı” haqqında qanun layihəsinin parlamentə təqdim edilməsi ilə bağlı narahatlığını Gürcüstan hökumətinə çatdırıb.

Birxeber.Az-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin qurumun saytında dərc edilmiş bəyanatında bildirilib. Qeyd olunub ki, qanun layihəsi Gürcüstanın Avro-Atlantik inteqrasiyaya sadiqliyinə xələl gətirir və onu Avropa yolundan çıxarmaq riski daşıyır.

"Biz ötənilki “xarici agentlər haqqında” qanun layihəsi əsasında hazırlanmış qanunvericilik aktının Gürcüstan parlamentinə təqdim edilməsindən dərin narahatıq keçiririk. Qanun layihəsi səhiyyə, təhsil və sosial dəstək kimi sahələrdə Gürcüstanın sıravi vətəndaşlarının həyatına fayda verən vətəndaş cəmiyyəti təşkilatları üçün təhdid yaradır. Bu, Gürcüstanın Avro-Atlantik inteqrasiyaya sadiqliyinə xələl gətirir və Gürcüstanı Avropa yolundan çıxarmaq riski daşıyır. Biz bu narahatlığı Gürcüstan hökumətinə açıq şəkildə bildirmişik", - deyə bəyanatda bildirilib.

***

11:19

ABŞ Dövlət Departamenti Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” (Xarici agentlər haqqında) qanun layihəsini növbəti dəfə parlamentə təqdim etməsindən dərin narahatlıq keçirir.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin “X” platformasındakı paylaşımında qeyd olunub.

“Biz Gürcüstan parlamentinə təqdim edilmiş qanun layihəsinin Gürcüstanı Avropa yolunda relsindən çıxarmasından və Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdıran vətəndaş cəmiyyəti təşkilatlarına zərər vurmasından dərin narahatlıq keçiririk. Biz Gürcüstan hökumətini Aİ istəklərini irəli aparmağa çağırırıq”, - paylaşımda qeyd olunub.