Xırdalanda yanğın olub - YENİLƏNİB

Xırdalanda yanğın olub - YENİLƏNİB

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 85 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 50 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb.

APA FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

14.33

Xırdalanda yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və evin dam örtüyündə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.