Avstraliyada polis onlara bıçaqla hücum etmiş şəxsi güllələyib

Avstraliyada polis onlara bıçaqla hücum etmiş şəxsi güllələyib

Avstraliya polisi ölkənin şimal-şərq sahilində onlara bıçaqla hücum etmiş şəxsi güllələyərək öldürüb.

“Report” xəbər verir ki, bu barədə Kvinslend polis idarəsi məlumat yayıb.

Bildirilib ki, polis sakinlərdən birinin təhlükəli davranışı barədə məlumatdan sonra Taunsvildən cənub-qərbdə yerləşən Maunt-Luiza şəhərinə gəlib.

“Hadisə yerində həmin şəxs işçiləri bıçaqla hədələməyə başlayıb və güllələnib”, – idarə açıqlayıb.

Qeyd olunub ki, hücum edən şəxs yerindəcə ölüb.

Kvinslend polisi hadisənin səbəblərini və şəraitini araşdırmağa başlayıb.