Səfir: Peru və Azərbaycan “Bir kəmər, bir yol” layihəsində həlledici ölkələrdir

Səfir: Peru və Azərbaycan “Bir kəmər, bir yol” layihəsində həlledici ölkələrdir

“Bir kəmər, bir yol” layihəsində həlledici olan Peru ilə Azərbaycan Asiya, Avropa və Cənubi Amerika arasında da strateji rol oynayan ölkələrdir.

Bunu “Birxeber.Az”un Ankara bürosuna müsahibəsində Perunun Azərbaycandakı qeyri-rezident səfiri (eyni zamanda Türkiyədəki səfiri və iqamətgahı Ankarada yerləşir-red.) Sezar Auqusto de las Kasas Dias deyib.

Diplomat Azərbaycanın Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olması ilə Latın Amerikasında ilk dəfə Perunun bu təşəbbüsü dəstəklədiyini müqayisə edərək bildirib ki, bu layihənin tərkib hissəsi - Cancay Meqaportu nəhəng dərin su limanı il sonuna açılacaq:

“Çancay Meqaportu açıldıqdan sonra Orta Dəhlizlə və Qafqaz regionunda digər ölkələrlə birləşdirilməsi məqsədəuyğundur. Cancay Meqaportu qitədə logistika və nəqliyyat mərkəzi kimi fəaliyyət göstərmək üçün yüksək infrastruktura və texnologiyaya malik regionun ən böyük limanı olacaq.Trans-Sakit Okean iqtisadi dəhlizini həyata keçirə bilən bu nəhəng liman ölkəmizi Cənubi Amerika və Asiya arasında strateji ticarət və liman mərkəzinə çevirməyi hədəfləyir”.

“Bu baxımdan “Bir kəmər, bir yol” layihəsində həlledici olan Peru ilə Azərbaycan arasında dialoq daimi və dəyərlidir”, - səfir söyləyib.

Sezar Auqusto de las Kasasın geniş müsahibəsini buradan oxuya bilərsiniz.