127 repatriantla sosial reabilitasiya işi aparılır

127 repatriantla sosial reabilitasiya işi aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən hazırda 127 repatriantla sosial reabilitasiya işi aparılır.

Bu barədə Birxeber.Az-ya Nazirlikdən məlumat verilib. Bildirilib ki, repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir:

"Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir. Ümumilikdə isə son illərdə Agentlik ölkəmizə repatriasiya edilmiş 514 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib".

Xatırladaq ki, repatriant dedikdə, könüllü və ya məcburi şəkildə vətəninə, mənşəcə olduğu yerə, yaxud vətəndaşlığı olduğu ölkəyə qayıdan şəxs nəzərdə tutulur.