Ai və Ermənistan arasında “Eurojust” layihəsi ilə bağlı sənəd imzalanıb

Ai və Ermənistan arasında “Eurojust” layihəsi ilə bağlı sənəd imzalanıb

Ermənistanla Avropa İttifaqı “Eurojust” layihəsi ilə bağlı sənəd imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə xəbər Ermənistan mətbuatında yayılıb.

Bildirilib ki, sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Belçikanın ədliyyə və Şimal dənizi məsələləri üzrə naziri Pol Fan Tixelt və ittifaqın ədliyyə məsələri üzrə komissarı Didye Reynders imza atıb.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin eyni və ya oxşar səlahiyyətləri olan prokuror, hakim, o cümlədən polis əməkdaşlarının üzv olduğu bu təşkilatın əsas funksiyası transsərhəd və ya mütəşəkkil cinayətkarlıqla dayanıqlı mübarizəni gücləndirməkdən ibarətdir.

Fərid Azəri