Litva Ukrayna üçün yeni yardım paketini elan edib

Litva Ukrayna üçün yeni yardım paketini elan edib

Litva Ukrayna üçün yeni yardım paketini elan edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Litvanın baş naziri İnqrida Simonyte deyib.

O bildirib ki, ayırılan vəsaitin 15 milyon avrosu Ukrayna ordusunun yenidənqurulması üçün nəzərdə tutulub.

Həmçinin 2 milyon avroya 3 min pilotsuz uçuş aparatının alınması planlaşdırılır.

35 milyon avroya Ukraynaya digər lazımı sursatlar alınacaq.