Qusarda istirahət mərkəzində yanğın zamanı 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Qusarda istirahət mərkəzində yanğın zamanı 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə baş verən yanğın zamanı 4 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, nazirliyin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.

Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.

Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindın baş verdiyi ehtimal edilir.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

HADİSƏ HADİSƏ
Bakıda iranlı narkotacirlərin şəbəkəsinə daxil olan daha 6 nəfər saxlanılıb

Bakıda iranlı narkotacirlərin şəbəkəsinə daxil olan daha 6 nəfər saxlanılıb

HADİSƏ HADİSƏ
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb

HADİSƏ HADİSƏ
Bakıda yaşayış binasının tavanı uçub, 4 nəfər xilas edilib

Bakıda yaşayış binasının tavanı uçub, 4 nəfər xilas edilib

HADİSƏ HADİSƏ
Cəlilabadda meyiti tapılan qadın qardaşı tərəfindən ağac parçası ilə öldürülüb - YENİLƏNİB

Cəlilabadda meyiti tapılan qadın qardaşı tərəfindən ağac parçası ilə öldürülüb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
FHN-in Bakı Regional Mərkəzində zona birinciliyi keçirilib

FHN-in Bakı Regional Mərkəzində zona birinciliyi keçirilib

HADİSƏ HADİSƏ
Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb

Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb

HADİSƏ HADİSƏ
Qusarda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Qusarda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

HADİSƏ HADİSƏ
Oğuza güclü dolu düşüb

Oğuza güclü dolu düşüb

HADİSƏ HADİSƏ
Gəncədə güclü yağışdan sonra park yolunda çətinlik yaranıb - YENİLƏNİB

Gəncədə güclü yağışdan sonra park yolunda çətinlik yaranıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Paytaxtda tuneldə altı avtomobil toqquşub

Paytaxtda tuneldə altı avtomobil toqquşub

HADİSƏ HADİSƏ
Əfv Sərəncamı Bakı İstintaq Təcridxanasında icra olunub

Əfv Sərəncamı Bakı İstintaq Təcridxanasında icra olunub

HADİSƏ HADİSƏ
Kürdəmirdə 17 yaşlı qadın doğuşdan sonra ölüb

Kürdəmirdə 17 yaşlı qadın doğuşdan sonra ölüb