Ekoaksiya: Xankəndi-Laçın yolunda aktivistlər yüksək fəallıq göstərirlər

Ekoaksiya: Xankəndi-Laçın yolunda aktivistlər yüksək fəallıq göstərirlər

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx iki gündür davam edir, gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər.

“Birxeber.Az”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

QARABAĞ QARABAĞ
İtaliya Federasiyası Azərbaycan və Ermənistan arasında barışıq üçün praktiki proqram elan edəcək

İtaliya Federasiyası Azərbaycan və Ermənistan arasında barışıq üçün praktiki proqram elan edəcək

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus avtomobilin maneəsiz hərəkətinə şərait yaradılıb 

Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus avtomobilin maneəsiz hərəkətinə şərait yaradılıb 

QARABAĞ QARABAĞ
Xankəndindən Laçın istiqamətində sülhməramlıların daha 2 avtomobili maneəsiz hərəkət edib - VİDEO

Xankəndindən Laçın istiqamətində sülhməramlıların daha 2 avtomobili maneəsiz hərəkət edib - VİDEO

QARABAĞ QARABAĞ
BQXK-nin avtomobilləri Xankəndindən Laçın istiqamətinə növbəti dəfə maneəsiz hərəkət edib

BQXK-nin avtomobilləri Xankəndindən Laçın istiqamətinə növbəti dəfə maneəsiz hərəkət edib

QARABAĞ QARABAĞ
Ekoaksiya: Xankəndi-Laçın yolunda aktivistlər yüksək fəallıq göstərirlər

Ekoaksiya: Xankəndi-Laçın yolunda aktivistlər yüksək fəallıq göstərirlər

QARABAĞ QARABAĞ
Qarabağın milli-mənəvi irsinin tanıdılmasına daha bir töhfə - “Şuşa” musiqili-qrafik layihəsi

Qarabağın milli-mənəvi irsinin tanıdılmasına daha bir töhfə - “Şuşa” musiqili-qrafik layihəsi

QARABAĞ QARABAĞ
Hikmət Hacıyev: "Cəzasızlığa son qoyulmalıdır!"

Hikmət Hacıyev: "Cəzasızlığa son qoyulmalıdır!"

QARABAĞ QARABAĞ
İlham Əliyev Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını bildirib

İlham Əliyev Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını bildirib

QARABAĞ QARABAĞ
Xocalı soyqırımından 31 il ötür

Xocalı soyqırımından 31 il ötür

QARABAĞ QARABAĞ
Dövlət müşaviri: “Azərbaycan ərazilərini minalardan təmizləmək üçün çox vaxta ehtiyac duyacaq”

Dövlət müşaviri: “Azərbaycan ərazilərini minalardan təmizləmək üçün çox vaxta ehtiyac duyacaq”

QARABAĞ QARABAĞ
Vahid Hacıyev: “Ağalıda bura qayıdan ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb”

Vahid Hacıyev: “Ağalıda bura qayıdan ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolundan sülhməramlıların daha iki avtomobili maneəsiz keçib

Xankəndi-Laçın yolundan sülhməramlıların daha iki avtomobili maneəsiz keçib