Pentaqon Ukraynanın Rusiyanın neft zavodlarına hücumlarını dəstəkləmir

Pentaqon Ukraynanın Rusiyanın neft zavodlarına hücumlarını dəstəkləmir

Pentaqon Rusiyanın neft emalı zavodlarına dron hücumlarını dəstəkləmədiyini açıqlayıb.

APA-nın məlumatına görə, qurumun rəsmi nümayəndəsi Patrik Rayder bu məsələyə ənənəvi brifinqdə toxunub.

O bildirib ki, ölkəsi bu qəbildən olan hadisələri qəbuledilməz sayır.

Qeyd edək ki, “Financial Times” nəşri neft emalı müəssisələrinə hücumların arxasında ABŞ hakimiyyətinin dayandığı barədə yazı dərc edib. Məqalədə bu addımın vəziyyəti daha da gərginləşdirə biləcəyi, eləcə də qlobal enerji böhranına səbəb olacağı yazılıb.

Fərid Azəri