Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyini pozmaq istəyənlərin arzuları puç olacaq

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyini pozmaq istəyənlərin arzuları puç olacaq

“Geosiyasi vəziyyət dəyişib”.

Birxeber.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib.