Ələt azad iqtisadi zonasına əlavə 4312,56 hektar torpaq sahəsi verilib

Ələt azad iqtisadi zonasına əlavə 4312,56 hektar torpaq sahəsi verilib

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Birxeber.Az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri Qaradağ rayonunun və Salyan rayonunun inzibati ərazilərində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 4312,56 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.

İqtisadiyyat Nazirliyinə və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.