Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi: Əsir mübadiləsi yaxın vaxtlarda baş tutacaq

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi: Əsir mübadiləsi yaxın vaxtlarda baş tutacaq

Yaxın vaxtlarda Rusiya tərəfi ilə əsir mübadiləsi aparıla bilər.

APA-nın “Strana.ua”ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəhbəri Kirill Budanov deyib.

“Əminəm ki, yaxın gələcəkdə mübadilə baş tutacaq”, - əsir hərbçilərin mübadiləsi ilə bağlı danışıqlara cavabdeh olan Budanov qeyd edib.

Sonuncu mübadilə yanvarın 24-nə planlaşdırılırdı, lakin Rusiyanın məlumatına görə, əsir düşmüş Ukrayna Silahlı Qüvvələrinin 65 əsgərinin olduğu İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması səbəbindən plan pozulub.